“Toplum TV” xarici donor təşkilatlarının qrant layihələrindən qeyri-qanuni vəsaitlər əldə edibbackend

“Toplum TV” xarici donor təşkilatlarının qrant layihələrindən qeyri-qanuni vəsaitlər əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toplum TV”-nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb.

Məlum olub ki, hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının qrant layihələrindən pul əldə ediblər.

Bu təşkilatların arasında Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi”, “People in Need”, “Zinc Network”, “Open İnformation Partnership”, “Transitions”, “OC Media” və digərləri var.

Məlum olub ki, həmin təşkilatlardan ayrı-ayrı layihələr adı altında külli miqdarda qeyri-qanuni maliyyə vəsaiti cəlb olunub. Bu vəsaitlər həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb.

Şəbəkə formasında həyata keçirilən bu proses zamanı qanunvericilik pozularaq, layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. Layihələr üzrə verilən vəsaitlər isə hissələrə bölünərək, Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib.

Şəbəkənin qeyri-qanuni maliyyə vəsaitləri əldə etdiyini əks etdirən faktlarla təqdim olunan videoda tanış olmaq mümkündür.

Videoda əksini tapmış sənədlər təsdiqləyir ki, vəsait hissələrə bölünərək nağdlaşdırılıb. Şəbəkə üzvləri diqqət çəkməmək üçün bu üsula əl atıblar. Lakin məbləğləri topladıqda müxtəlif layihələr adı altında, əslində, ölkəyə qeyri-qanuni olaraq külli miqdarda vəsaitin cəlb olunduğunu görmək olar.

Demokratik Təşəbbüslər İnstitutunun təsisçisi rəhbəri Akif Qurbanov xarici təşkilatlardan qrantlar əldə etmək üçün müvafiq sənədlər hazırlayaraq təqdim edib. O, eyni zamanda, “III Respublika Platforması”nın təsisçisi və spikeridir. Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”-nin redaksiyası da Demokratik Təşəbbüslər İnstitutunun ofisində fəaliyyət göstərir. Beləliklə, “Toplum TV”-nin Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib.

Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay yuxarıda qeyd olunan təşkilatlardan pul vəsaitləri əldə edib. Əli Zeynalov bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”-yə, əməkdaşlara və hələlik məlum olmayan digər məqsədlərə sərf olunub.

APA