Toppuş bacıdan ACI XƏBƏR GƏLDİ: “Təəssüf ki…”backend

Toppuş bacıdan ACI XƏBƏR GƏLDİ: “Təəssüf ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhhətim və maddi vəziyyətim çox ağırdır”.

Editor.az xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb:

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”.

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: “Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə yardım etmir”.