Toqquşmanın başlaması yolunda son nöqtə: “İran-İsrail münasibətlərinin hər an HƏRBİ MÜSTƏVİYƏ keçəcəyi gözlənilir”backend

Toqquşmanın başlaması yolunda son nöqtə: “İran-İsrail münasibətlərinin hər an HƏRBİ MÜSTƏVİYƏ keçəcəyi gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərq regionunda baş verən hərbi-siyasi qarşıdurmalar və bloklaşmaları qlobal geopolitik dəyişikliklər fonunda təhlil etmək lazımdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Qərbin bu təcavüz aktında hələ ki kollektivlik nümayiş etdirərək (Fransa hər an bu kollektiv birliyə xəyanət edə və qarşı blokda yer ala bilər) Ukraynanı dəstəkləməsi dünyanın güc mərkəzlərinin yenidən formalaşmasına səbəb oldu”.

Bu fikirləri Editor.az-a politoloq Fəqani Məhərrəmli Yaxın Şərq regionunda baş verən hərbi-siyasi qarşıdurmaları təhlil edərkən deyib.

Politoloq İranın bu bloklaşmada aldığı mövqenin İsraili ciddi narahat etdiyini qeyd edib:

” Rəsmi Tehranın Çin-Rusiya ittifaqının tən ortasında yer alması  min illik düşmən münasibətdə olduğu Səudiyyə Ərəbistanı ilə, Çinin vasitəçiliyi ilə Pekində anlaşması İsraili nəinki narahat edir, hətta  milli təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Əlbəttə, nə İsrail, nə ABŞ, nə də onların müttəfiqləri gözlənilən bu təhlükəni yalnız seyr etməklə kifayətlənə bilməz. Əks həmlələr olmalıdır və olacaq.1979-cu ildə radikal dini şüarlarla devrilən Məhəmməd Rza Pəhləvinin oğlu və İran taxtının vəlihəd şahzadəsi olan Rza Pəhləvinin İsrailə tarixi səfərini bu əks həmlələrin ilk addımı olaraq qiymətləndirə bilərik. Dünyanın öndə gələn mətbuat orqanlarının R.Pəhləvinin bu səfərinə xüsusi diqqət ayırması və bir çox siyasət bilimcilərinin İsrailin bu dəvətini İrana qarşı “At gedişi” olaraq şərh etməsi dəvətin altında göründüyündən daha dərin mətləblərin olduğundan xəbər verir.Rza Pəhləvi İsraildə holokost qurbanlarının xatirə kompleksini ziyarət edir, Baş nazir Netenyahu və təhlükəsizlik naziri Gila Gemliel ilə görüşür, üstəlik nazirlikdən verilən açıqlamada bu səfərin “İrandan İsrailə edilən ən yüksək səviyyəli ziyarət” olduğu qeyd olunur. Bütün bu təhlillər deməyə əsas verir ki, İsrail İrandakı dini rejimi devirməkdə qərarlıdır və rejimi əvəzləyəcək yeni komandanın konturlarını çizir, hazırlığını görür. Onsuz da gərgin olan İran-İsrail münasibətlərinin hər an hərbi müstəviyə keçəcəyi gözləniləndir. R.Pəhləvinin İsrailə etdiyi tarixi səfəri həm də hərbi toqquşmanın başlaması yolunda son nöqtə ola bilər”.

//Gülnarə Abasova, Editor.az