Tornado Hollandiyanı darmadağın etdibackend

Tornado Hollandiyanı darmadağın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın sahilyanı Zierikzee Da Hose şəhərində tornado olub. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, 4 binanın dam örtüyü uçub. Eyni zamanda, 20 evə ciddi ziyan dəyib, ağaclar kökündən qopub. Hadisə nəticəsində 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, sonuncu dəfə 1992-ci ildə Hollandiyada tornado baş vermişdi. Güclü təbii fəlakət nəticəsində xeyli insan həlak olmuşdu.

//Nəzərbəy Hacıağayev, Editor.az