Kanadanın Ontario ştatının Toronto şəhərində 78 ilin ən yüksək tempraturu qeydə alınıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Toronto Pearson” Beynəlxalq Hava Limanında termometrlər 32.1 dərəcə göstərib. Yüksək rütubətlə əlaqədar ümumilikdə havanın temperaturu 36 dərəcə olub.
Kanadanın ətraf mühit idarəsi yüksək temperaturun xüsusilə yaşlılar, xroniki xəstəlikləri olanlar və uşaqlar üçün risklər yaratdığını bildirib.
Qeyd edək ki, son dəfə 1944-cü ildə ölkədə 31.1 dərəcə istilik olub. Bu günki yüksək temperaturla bu rekord yenilənib.
//Nəzərbəy Hacıağayev, Editor.az

