Gürcüstanda xilasedicilər torpaq sürüşməsindən sonra həlak olanların cəsədlərini tapmaqda davam edir.
Belə ki, təbii fəlakətin doqquzuncu qurbanının cəsədi də tapılıb.
Xatırladaq ki, Qərbi Gürcüstanda yerləşən kəndlərdən birində torpaq sürüşməsi 4 evi basıb. Qaynar təqib zamanı xilasedicilər bir nəfəri xilas edib, üç nəfərin isə cəsədini çıxarıb. Fövqəladə hal Gürcüstanın qərbində havanın kəskin pisləşməsi ilə bağlı olmuşdur.
//Samir Qurbanov, Editor.az

