Torpaq sürüşməsi təhlükəsinə görə 300 ailə təxliyyə edildibackend

Torpaq sürüşməsi təhlükəsinə görə 300 ailə təxliyyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda baş verən sürüşmə və qar uçqunları respublikanın yüksək dağlıq rayonlarında ondan çox vətəndaşın ölümünə səbəb olub.

Hakimiyyət bu ərazilərin sakinlərinin bir qismini müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürmək qərarına gəlib. Görülən tədbirlər nəticəsində 300-ə yaxın ailə təxliyə edilib.

Editor.az bildirir ki, bu barədə Respublikanın Ətraf Mühit üzrə Milli Agentliyi məlumat yayıb. “Fevralın 6-dan 12-dək geoloq qrupları tərəfindən 541 ailənin (o cümlədən Acarıstanda) qiymətləndirilməsi aparılıb, qabaqlayıcı tədbirlər həyata keçirilib və 300-ə yaxın ailə təhlükəsiz əraziyə köçürülüb. Agentliyin mütəxəssisləri təbii fəlakətlərin mühafizəsi və qarşısının alınması ilə bağlı gələcək tədbirlərlə bağlı müvafiq tövsiyələr verib”, – Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi bildirib.

Fevralın 6-dan 7-nə kimi Acarıstan və İmeretinin 11 vətəndaşı uçqun və sürüşmələrin qurbanları olub. Qeyd olunur ki, hazırda sürüşmə ehtimalı olan dağlıq ərazilərdə işlər davam etdirilir. Geoloqlar vəziyyəti qiymətləndirir və faciənin qarşısını almaq üçün lazımi tədbirlər görürlər. xatırladaq ki, son günlər respublikada temperaturun artması və yağış şəklində yağıntılar müşahidə olunur ki, bu da qarın kütləvi əriməsinə səbəb olur. Bu, genişmiqyaslı təbii proseslərə – sürüşmələrə, sellərə, uçqunlara və sellərə səbəb olur.

//Samir Qurbanov, Editor.az