“Torpaqlarımızda ikinci Ermənistana yer yoxdur”- Millət vəkilindən AÇIQLAMAbackend

“Torpaqlarımızda ikinci Ermənistana yer yoxdur”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1915-ci ildə qondarma erməni “soyqırım”ı ilə bağlı tarixçilərin yazdıqlarına nəzər yetirsək statistik rəqəmlər onu deməyə əsas verir ki, Osmanlı dövləti tərəfindən heç bir “soyqırım” aktı həyata keçirilməyib. Yalnızca sərhədlərdə öz dinc sakinlərinin təhlükəsizliyini təmin etmək, iğtişaşlarda iştirak etməyən erməniləri qorumaq üçün onları Osmanlı ərazisinin bir hissəsindən digər hissəsinə köçürülməsi ilə bağlı qərar verilib. Bunu isə o vaxt Osmanlıya qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyən böyük güclər, “soyqırım” adı altında tirajlamağa başladılar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, hər il aprelin 24-də sözügedən məsələni gündəmə gətirən ölkələrdən biri də ABŞ-dır:

“Erməni lobbisindən səs almaq üçün ermənilərə dəstəklərini ifadə etməkdə davam edirlər. Çox təəssüf ki, ermənilərin bir çox Qərb ölkələrində o cümlədən, Amerikada siyasətə təsir etmək gücləri var. Onlar lobbi fəaliyyətlərini yaxşı təşkil edə biliblər. Sırf bu niyyətə görə Azərbaycanın regionda həyata keçirdiyi bəzi addımları da tənqid edirlər. Azərbaycan beynəlxalq hüquq və konvensiyalara hörmətlə yanaşan, qanunlara əməl edən dövlətdir. Bizim suveren haqlarımız var. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən irəli gələn müddəalara əsaslanaraq öz ərazi bütövlüyümüzü qoruyuruq”.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda Laçın rayonuna keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçiriləcək:

“Bu baxımdan nəzarət-buraxılış məntəqəsinin yaradılması öz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. 10 noyabr bəyanatına əsasən bütün qanunsuz erməni silahlıları Azərbaycan ərazisini tərk etməlidir. Burada yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyini də ölkəmiz tam təmin etmək hüququndadır. Ermənistan bu prosesi uzatmamalı, qanunsuz silahlı birləşmələr ərazilərimizi tərk etməlidir. Azərbaycan suveren haqlarını reallaşdırır, heç bir ölkənin buna müdaxilə etmək hüququ yoxdur. Əgər kimlərsə erməniləri, ermənilərdən daha çox sevirsə, öz torpaqlarında əlavə yer ayırıb ikinci Ermənistan dövləti yarada bilərlər. Azərbaycan torpaqlarında onsuz da Ermənistan dövləti yaranıb, ikincisinə ehtiyac yoxdur. Heç ölkəmiz də buna icazə verməz “.

//Safura Bənnayeva, Editor.az