“Torpaqlarımızı talamaqla məşğul olan şəxs həm də iqtisadi subyektlərin fəaliyyətini öz əlində cəmləşdirməyə çalışır”-Politoloqbackend

“Torpaqlarımızı talamaqla məşğul olan şəxs həm də iqtisadi subyektlərin fəaliyyətini öz əlində cəmləşdirməyə çalışır”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Rusiya sülhməramlısının burada özünü daha yaxşı hiss etməsi üçün hər şeyi edəcəyik. Rus sülhməramlısı burada böyük rol oynadığını hiss etməlidir, hiss etməlidir ki, biz ona qarşı deyilik, biz onun tərəfindəyik. Rusları hədəfə almağı dayandırın, burada rus sülhməramlısı olmasaydı, biz də burada olmazdıq”.

Bunu “Stepanakert-Yerevan: “Artsax 1 ay blokadada” adlanan telekörpüdə çıxışı zamanı Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan  söyləyib.

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov Editor.az-a açıqlamasında qeyd edir ki, erməni əsilli rusiyalı oliqarx Ruben Vardanyanın səsləndirdiyi müxtəlif fikirlər hər zaman böyük narazılıq doğurur:

“Azərbaycan ərazisində torpaqlarımızın talançılığını həyata keçirən şəxs, həm də iqtisadi subyektlərin fəaliyyətini öz əlində cəmləşdirməyə çalışır. Sülhməramlıların mandatının məhdudluğu ilə bağlı fikirlər də irəli sürür. Sülhməramlıların mandatı müəyyən olunmayıb. Bu istiqamətdə danışıqlar getsə də razılıq əldə olunmadı. Azərbaycanın mövqeyi belədir ki, əgər mandat ətrafında müzakirələr gedəcəksə, burada Azərbaycanın və Rusiyanın nümayəndələri iştirak edəcək. Ermənistanın iştirakı arzuolunan deyil. Mandatın məhdudluğu ilə yanaşı, onun olmaması da diqqətə alınmalıdır”.

İlyas Hüseynov vurğulayır ki, sülhməramlıların bölgədə fəaliyyəti müvəqqəti xarakter daşıyır:

“ Üçtərəfli birgə bəyanata əsasən onların müddəti başa çatdıqdan sonra bölgəni tərk edəcəklər. Müvəqqəti zaman çərçivəsində Vardanyan kartından istifadə olunması regional sülhə böyük təhdid törədir. Ruben Vardanyanın bölgədən kənarlaşdırılması və Azərbaycanın hər qarış torpağı üzərində suverenliyinin bərqərar olması mövzusu aktuallaşır. Azərbaycan öz milli maraqlarına xidmət edən addımlar atacaq və ölkəmizin ərazisində özbaşınalıq edən şəxslərə qarşı sərt tədbirlər görüləcək. Vardanyan özünü nə qədər “sülh göyərçini” kimi təqdim etməyə çalışsa da, beynəlxalq səviyyədə tanınmış iqtisadi cinayətkardır. Çirkli pulların yuyulmasında adı hallanır. Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan ərazisində separatizmin dəstəklənməsini həyata keçirən şəxsə qarşı biz qanunvericilik çərçivəsində tədbirlərimizi həyata keçirməliyik”.

//Safura Bənnayeva, Editor.az