Torren: “Bu oyunu Burak Elmas üçün qazanacağıq”backend

Torren: “Bu oyunu Burak Elmas üçün qazanacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel 30-da Qalatasarayda prezident seçkiləri olacaq. Editor.az “Sporx” a istinadan xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Domenek Torren son oyundan sonra açıqlama verib.

“Sonuncu qələbəmizi prezidentimizə həsr etdik. “Fənərbaxça” ilə baş tutacaq 59-cu derbi oyunumuzda da qələbə qazanmaq istəyirik. Bu qələbəni klub prezidenti Burak Elmasa həsr edəcəyik. Məni bu posta o dəvət edib. Mənə göstərdiyi etimada görə ona minnətdaram”, -Torren bildirib.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək seçkidə Burak Elmas namizəd kimi iştirak etməyəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az