Tovuzda idarəetmədən çıxan VAZ yol kənarındakı dörd maşını əzdi – Xəsarət alan varbackend

Tovuzda idarəetmədən çıxan VAZ yol kənarındakı dörd maşını əzdi – Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA  xəbər verir ki, rayon ərazisində hərəkətdə olan VAZ-2107 markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə VAZ-2107 yol kənarında dayanan iki “Mercedes-Benz”ə, VAZ-21011 və “Chevrolet”ə çırpılıb.

Qəza zamanı VAZ-2107-nin sürücüsü xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.