Tovuzda narkomanlar parkda toplaşırlar? – Fotolarbackend

Tovuzda narkomanlar parkda toplaşırlar? – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz Rayon İcra Hakimiyyəti yaxınlığında yerləşən istirahət parkında narkomanların toplaşdıqları iddia edilib.

Edıtor.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, narkoman qız və kişilər parkda məskən salıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə Tovuz rayonunda yerləşən parkların birində üç nəfərin videogörüntüsünün paylaşılaraq narkoman kimi təqdim edilməsi həqiqətə uyğun deyil:

“Bildirirəm ki, həmin şəxslərin üçü də ruhi-əsəb dispanserində qeydiyyatda olan Tovuz rayon sakinləridir və narkotiklə heç bir əlaqələri yoxdur. Rayon sakinlərinin əksəriyyəti də həmin şəxsləri tanıyır və narkoman olmadığını bilir.

Əfsuslar olsun ki, bəzən vətəndaşlar məsələnin mahiyyətini dərk etmədən həqiqətə uyğun olmayan paylaşımlar edərək ictimai çaşqınlıq yaradırlar. Bildirirəm ki, bu, qanunla məsuliyyət yaratmaqla bərabər, həm də əxlaq normalarına ziddir”.