Tovuzda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb – YENİLƏNİBbackend

Tovuzda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuzda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Quşçu kəndində “VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Həzirətabbas Hümbətov və 2005-ci il təvəllüdlü Aykut Atayev hadisə yerində ölüblər.

Qəza nəticəsində daha 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

09:15

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonunun Aşağı Quşçu kəndində “ВАЗ” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.