Toy görüntüləri yayılan Səxavət Nur – Subayam, Amerika adətlərinə görə… – VİDEObackend

Toy görüntüləri yayılan Səxavət Nur – Subayam, Amerika adətlərinə görə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikaya köçən Səxavət Nurun evlənməsi ilə bağlı yenidən xəbər yayılıb. Buna səbəb isə onun paylaşdığı toy görüntüləri olub.

Editor.az xəbər verir ki, S.Nur axşam.az-a açıqlamasında dostunun toyu olduğunu deyib:

“Videonu yarımçıq yükləmişəm. Yaxın dostumun toyudur. Amerika adətlərinə görə onu nikah masasına ata və ya qardaşı əvəzi aparır, həyat yoldaşına təhvil verir. Subayam, evlənmək fikrim də yoxdur. Hamı məni təbrik edir. Yaxşı niyyətlə təbrik edirlər, sağ olsunlar. Amma evlənməmişəm”.

Qeyd edək ki, Səxavət Nur uzun illərdir ABŞ-da yaşayır. O, həyat yoldaşından ayrıldığını açıqlayıb. Onun bu nikahdan bir övladı var. Bir neçə həftə əvvəl onun həmcinsi ilə evlənmə xəbəri yayılmışdı. Aparıcı məlumatın yalan olduğunu açıqlayıb.