Toy günü intihar edən Aysunun – Fotosubackend

Toy günü intihar edən Aysunun – Fotosu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndində intihar hadisəsi baş verib.

Editor.az modern.az-a istinadən xəbər verir ki, bu gün toyu olacaq 23 yaşlı Aysun Abdurrahmanlı yaşadığı evin zirzəmisində özünü asıb.

Aysun 2 il imiş nişanlıymış. Bir neçə gün öncə nikahı və qız toyu olub.

Axşamdan toya hazırlıq görüldüyü üçün evdəkilər oyaq olub. Səhərə yaxın Aysunun evdə olmadığını görüb axtarmağa başlayıblar. Saat 5 radələrində isə onun cansız bədənini zirzəmidə tapıblar. Qızın nə üçün intihar etdiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət öncə Aysunun əmisi qızı da özünü güllələyərək intihar edib.