Toya gedəndə özüylə çay aparan MƏŞHUR MÜĞƏNNİ KİMDİR?backend

Toya gedəndə özüylə çay aparan MƏŞHUR MÜĞƏNNİ KİMDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toylara gedəndə özümlə çayımı aparıram. Çünki başıma gəlməyən qalmır”.

Editor.az  axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Qədir Qızılsəs “Günaydın, Azərbaycan” verilişində deyib. İfaçı bildirib ki, getdiyi toylarda ona qarşı hər zaman xoşagəlməz hərəkətlər hazırlanır:

“Qısqanclıqdandır… Ehtiyat edirəm, başıma çox şey gəlib. Efirdə danışılacaq söhbətlər deyil. Dünyanın hansı yerinə gedirəm, toyda elə mənzərə ilə qarşılaşıram ki… Deyirəm, bu ölkədə də edirlər? Mən getməzdən əvvəl telefonla xəbər verirlər ki, Qədir gəlir, filan şey edin. Hətta bir dəfə məni zəhərləyiblər də”.