Toya gələn qonağı vəhşicəsinə döydülər: Xəstəxanada öldübackend

Toya gələn qonağı vəhşicəsinə döydülər: Xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon sakini xəstəxanada ölüb.

Oxu.az-ın məlumatına görə, rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda döyülüb. Daha sonra o, xəstəxanaya gətirilib.

Bu gün isə xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ilkin məlumata görə, Masallı rayonu ərazisində baş verən mübahisə zamanı onu döyən şəxsin həmkəndlisi 22 yaşlı Babək Şahmarov olduğu müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.