Toyda maskadan istifadə edilməsinə nə ehtiyac var?-Deputatbackend

Toyda maskadan istifadə edilməsinə nə ehtiyac var?-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılması, eyni zamanda iyul ayının 1-dən toyların keçirilməsi ilə bağlı qərarın verilməsi də onu göstərir ki, pandemiya ilə mübarizə istiqamətində atılmış addımlar kifayət qədər özünü doğruldur. Bu sevindirici haldır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Millət vəkili qeyd edib ki, son aylarda ölkəmizdə koronovirusa yoluxma hallarının sayında əhəmiyyətli azalmalar nəticəsində karantin rejimi kifayət qədər yumşaldılıb. İyulun 1-dən bir sıra şərtlər nəzərə alınmaqla toy və digər şənlik mərasimlərinin keçirilməsi haqqında Operativ Qərargah qərar qəbul etsə də, nəzərdə tutulan şərtlər kifayət qədər məntiqsizdir və müəyyən çətinliklər yaradır:

“Qanunu qəbul edərkən elə şərtlər ortaya qoyurlar ki, vətəndaşlar tərəfindən bu şərtlərin yerinə yetirilməsi demək olar ki, mümkünsüzdür. Qaydalardan biri iştirakçıların sayı 150 olarsa, COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin tələb olunmasıdır. Hər gün şəhərin mərkəzində insan dolu restoranlar görürük. Oradakı insanlardan Covid -19 pasportu tələb edən varmı? Bulvarda gəzinti məqsədilə istifadə olunan gəmilərdə 200kv metr yerdə 300nəfər adam yerləşdirilir. Bütün bu anlaşılmazlıqlar göz qabağındadır”

Deputat bildirib ki, toyların keçirilməsi ilə bağlı qaydalardan biri də mütləq şəkildə maskadan istifadədir:

“Vaksinasiya vacib prosesdir və şərtdir. Lakin hər kəsdən COVID -19 pasportu tələb olunursa, ara məsafəsinin saxlanılmasına riayət olunursa, şənlikdə, toyda maskadan istifadə edilməsinə nə ehtiyac var? Bunlar yersiz yaradılmış çətinliklərdir. Maraqlıdır, bu qanunu qəbul edən insan belə şərtlər çərçivəsində necə toyda iştirak edəcək? Məntiqsiz şərtlər qəbul etməkdənsə, toy, şənlik keçirilən restoranlarda koronovirusa qarşı sanitariya-gigiyena qaydalarına ciddi nəzarət edilsə daha yaxşı olar”.

//Gülnarə Abasova, Editor.az