Hindistanda toyların birində baş verən hadisə eşidənləri heyrətə salıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, kütləvi toyların birində elektrik enerjisi kəsilib. Bu zaman kəbini kəsən keşiş bacıları yanlışlıqla başqa bir şəxslə evləndirib. Qızların atası keşişin qızların üzünü görmədiyi üçün səhv etdiyini bildirib. Hadisəyə müdaxilə edən hökumət rəsmiləri də hadisənin elektrik enerjisinin kəsilməsi ucbatından baş verdiyini bildiriblər.
Qeyd edək ki, ölkənin baş naziri Narendra Modi ölkədə olan yüksək temperatur səbəbilə elektrikin kəsildiyini bildirib.
//Nəzərbəy, Editor.az

