Toylarla bağlı MÜHÜM AÇIQLAMAbackend

Toylarla bağlı MÜHÜM AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda artıq 1 ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların və kütləvi şənliklərin keçirilməsi qadağandır. 

Qeyd edək ki, yanvarın 18-nə kimi Azərbaycanda sərt karantin rejimi tətbiq edilir. Artıq sərt karantin rejimin müsbət nəticələri hiss olunur. Belə ki, gündəlik koronavirusa yoluxanların sayı 4000-dən 1000-nə düşüb, sağalanların sayı isə yoluxanlardan 4 dəfə çoxdur. Bundan əlavə, yanvarın əvvələrindən də ölkə ərazisində vaksinasiyanın başlanması gözlənilir. Əgər vaksinasiyadan sonra yoluxanların sayı mart ayına kimi minumuma düşərsə, maartda 40-50 nəfər qonaqla, açıq havada toyların keçirilməsimə icazə verilə bilərmi?

Deputat Müşfiq Cəfərov bildirib ki, toyla bağlı suallar çoxdur:

“Bilirsiniz ki, son günlər yoluxma sayında xeyli azalma var və yaxın günlərdə də Azərbaycanda vaksinasiyanın başlanması gözlənilir. Kütləvi şəkildə vaksinasiya aparıldıqdan sonra dövlət görsə ki, təhlükə yaradan amillər minimuma düşüb, o zaman toyların keçirilməsinə icazə verilə bilər. Çünki toyların keçirilməməsi çox böyük problemlər yaradır. Düzdür, sadəcə nikaha girib ailə quran gənclərimiz də var. Ancaq kütləvi şəkildə qonaqları dəvət etmək istəyən gənclərimiz hələ də gözləyir. Düşünürəm ki, ən əsas 3-cü dalğanın olmamasıdır. Vaksinasiyadan sonra gündəlik yoluxanların sayı 2 rəqəmliyə düşsə, 40-50 nəfərlə, açıq havada və bu kimi digər şərtlərlə toyların keçirilməsinə icazə verə bilər. Ancaq 3-cü dalğa başlasa, yoluxma sayı yenidən artsa və mart ayına kimi kütləvi vaksinasiya həyata keçirilməsə, toylara qoyulan qadağa qüvvədə qalacaq”.(sonxeber.az)