Toylarla bağlı mühüm açıqlama: Açıq havada…backend

Toylarla bağlı mühüm açıqlama: Açıq havada…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlar bir ildən çoxdur ki, toy mərasimi keçirə bilmir. Toyların olmaması Azərbaycan üçün demoqrafik problem yaradacaq. Həm Bakıda, həm də rayonlarda açıq havada toyların keçirilməsinə icazə verilməlidir”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, qapalı məkanlarda da 150 nəfərin iştirakı ilə toy mərasimlərinin keçirilməsi mümkündür: “Bu, insanların tələbidir. Toyların keçirilməsinə icazə verməsək, insanların sosial-psixoloji vəziyyəti də gərginləşəcək”.