Çində epidemiya ilə bağlı qapanmalar “Toyota”ya ciddi təsir edib. Editor.az “Haberler.com”a istinadən xəbər verir ki, Şanxaydakı qapanmalar səbəbi ilə Toyoda ehtiyat hissələrinin tədarükü dayandırılıb. Məhz bu səbəbdən şirkət iyulun 8-nə kimi 11 istehsal sahəsində fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, yapon şirkəti iyun ayında qlobal istehsalın 750 minə qədər azalacağını təxmin edir.
//Nəzərbəy Hacıağayev, Editor.az

