“Toyota” istehsalın dayandırılmasını uzadıbbackend

“Toyota” istehsalın dayandırılmasını uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVİD-19” epidemiyasının qarşısını almaq üçün Şanxayda həyata keçirilən məhdudlaşdırıcı tədbirlər Yaponiya avtomobil şirkətlərinin istehsal imkanlarına təsir etməkdə davam edir. Xəbər verdiyimiz kimi, keçən həftə Toyota Aiçu, İvate və Miyaqi əyalətlərindəki 7 zavodda 11 növ üzrə istehsalı iyulun 8-dək dayandırılmasına qərar vermişdi. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, şirkət qərarında dəyişiklik edib.

Yeni qərara əsasən, Yaponiya şirkətinin baş ofisi sayılan Aiçi əyalətindəki obyektlərdə 4 növ üzrə istehsal daha 10 gün olmayacaq. Qərara səbəb Çindən ehtiyat hissələrinin vaxtında çatdırılmamasıdır.

Qeyd edək ki, “Subaru” və “Daihatsu” şirkətləri də hissələrin tədarükü çatışmazlığı səbəbindən fəaliyyətlərinin bir hissəsinə fasilə veriblər.

//Nəzərbəy Hacıağayev, Editor.az