Toyotadan zəlzələ qərarı: 11 fabrikdə istehsal dayanıbbackend

Toyotadan zəlzələ qərarı: 11 fabrikdə istehsal dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyota Yaponiyanın şimal-şərqində baş verən 7,4 bal gücündə zəlzələdən sonra 11 fabrikini müvəqqəti olaraq dayandırdığını bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki,  şirkətdən verilən açıqlamada yapon istehsalçı ötən gecə baş verən şiddətli zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Açıqlamaya görə, Toyota zəlzələdən sonra şimal-şərqdə İvate, Miyaqi və Fukuşima da daxil olmaqla ölkə daxilində 15-dən çox istehsal xəttini dayandırıb. Toyota və onun törəmə şirkətlərinin istehsalına 80 faiz  təsir edəcək bu qərarın 3 gün davam edəcəyi bildirilib.

Qeyd edək ki, ötən gün Yaponiyada baş verən 7,4 bal gücündə zəlzələdən sonra 3 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.

//Gülnarə Abasova, Editor.az