Ağ Evin prezidenti Donald Tramp ABŞ-ın təxminən 150 “kiçik” ölkədən idxal edilən mallara 10-15% rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Editor.az bu barədə Real America TV-yə istinadla xəbər verir.
“Biz eyni tarifi qalan təxminən 150 kiçik ölkəyə tətbiq edəcəyik. Yəqin ki, 10% və ya 15% olacaq. Hələ qərar verməmişik”, – ABŞ prezidenti bildirib.
Tramp bundan əvvəl Vaşinqtonun BRİKS-in “antiamerikan siyasətlərini” dəstəkləyən ölkələrə əlavə 10% ticarət tarifləri tətbiq edəcəyini bildirmişdi.
Aprel ayında ABŞ prezidenti 185 ölkə üçün yeni tarif sistemi tətbiq edib. Bütün idxal olunan mallar üçün baza dərəcəsi 10%, bəzi ölkələr üçün isə bu dərəcə əhəmiyyətli dərəcədə yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.
//Gülnarə Abasova, Editor.az

