Tramp: “ABŞ çox tezliklə nüvə sınaqları keçirəcək”backend

Tramp: “ABŞ çox tezliklə nüvə sınaqları keçirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton administrasiyası çox tezliklə nüvə sınaqları keçirməyi planlaşdırır”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib:

“Biz nüvə sınaqları keçirəcəyik, çünki başqaları da keçirirlər”.

ABŞ lideri jurnalistlərin “Bu sınaqlar zamanı nüvə döyüş başlığı partladılacaqmı?” sualına cavabında deyib:

“Bunu sizə demək istəmirəm. Amma biz də digər ölkələr kimi nüvə sınaqları keçirəcəyik. Bizim istənilən digər ölkədən daha çox nüvə silahımız var və onu sınamalıyıq”.

Tramp iddia edib ki, məhz özü nüvə silahının modernləşdirilməsini və onun bəzi hissəsinin istehsalını təmin edib:

“Mən bunu etmək istəmirdim, amma başqa çarəm qalmadı, çünki digər ölkələrin də var”.