Tramp ABŞ-da koronavirusa qarşı vaksinin hazır olacağı tarixi açıqladıbackend

Tramp ABŞ-da koronavirusa qarşı vaksinin hazır olacağı tarixi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mütəxəssisləri, çox güman ki, bu ilin sonunadək yeni növ koronavirusa qarşı vaksin hazırlayacaqlar.

Bunu “Fox News” telekanalının efirində ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Biz ilin sonuna qədər koronavirusa qarşı vaksinimizin olacağına tam əminik. Biz bunun üzərində fəal işləyirik”.

Qeyd edək ki, ABŞ-ın Con Hopkins Universitetinin hesabatına əsasən, ABŞ-da yeni növ koronavirusa 1 156 924 yoluxma halı, 67 451 ölüm halı qeydə alınıb.

//Trend