Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını azaltmağa icazə veribbackend

Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını azaltmağa icazə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun Ukraynaya ayırdığı hərbi yardımın həcmini azaldacaq.

Editor.az xəbər verir ki, bu barədə Trampın özü NBC News-a müsahibəsində bildirib.

Siyasətçi vurğulayıb ki, o, Ukraynada silahlı münaqişəyə son qoymağa fəal şəkildə çalışır. Tramp əlavə edib ki, Ukrayna yanvarın 20-də vəzifəyə başlayandan sonra eyni miqdarda hərbi yardım gözləməməlidir.

Qeyd edək ki, dekabrın 7-də axşam saatlarında Tramp Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron arasında üçtərəfli görüş baş tutub. Bu, dünyanın hər yerindən liderlərin iştirak etdiyi Notr-Dam Katedralinin bərpadan sonrakı açılış mərasimindən əvvəl baş tutub. Təxminən yarım saat davam edən çıxışdan sonra Fransa ABŞ və Ukrayna prezidentləri ayrı-ayrılıqda Notr-Dam kilsəsinə yola düşüblər.

//Gülnarə Abasova, Editor.az