Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdığını təsdiqləyibbackend

Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırdığını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hazırda Ukraynaya heç bir hərbi yardım göstərmir.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı Vaşinqtonun Kiyevə müdafiə yardımı edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O, ABŞ və Rusiya Federasiyası münaqişənin həlli ilə bağlı razılığa gələnə qədər Ukraynanın hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər silaha malik olacağını istisna etməyib. Tramp həmçinin bildirib ki, gələcəkdə Avropa Kiyevə hərbi yardım göstərməklə bağlı məsuliyyəti öz üzərinə götürəcək.

Qeyd edək ki, “Wall Street Journal” qəzeti yazıb ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Ukraynanı aktiv şəkildə silahla təmin edir və müdafiə sənayesi ilə Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün 2026-cı ilə qədər davam edəcəyinə dair müqavilələr imzalayıb.

//Gülnarə Abasova, Editor.az