“ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyat çox qısa zamanda sona çatacaq”.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin YouTube kanalında yayımlanan xalqa müraciəti zamanı bildirib.
“Bunu çox tez bitirəcəyik. Artıq çox yaxınıq”, – deyə o vurğulayıb.
Tramp həmçinin Yaxın Şərqdəki müttəfiqlərinə – İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynə təşəkkür edib. Siyasətçi qeyd edib ki, bu ölkələr yüksək səviyyədə fəaliyyət göstəriblər və ABŞ onların heç bir şəkildə zərər görməsinə və ya uğursuzluğa düçar olmasına imkan verməyəcək.
Onun sözlərinə görə, yaxın iki-üç həftə ərzində ABŞ yeni və güclü zərbələr endirərək İranı daş dövrünə qaytaracaq.
//Gülnarə Abasova, Editor.az

