ABŞ prezidenti Donald Tramp İranla potensial razılaşma imkanlarına müsbət yanaşdığını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin Baş Qərargah rəisi Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Əl Səudla görüşün Ağ Evin YouTube kanalında yayımlanan hissəsində məlumat verib.
Tramp görüş zamanı bildirib: “Yeri gəlmişkən, İran razılaşma istəyir. Onların bunu çox arzuladığını dəqiq deyə bilərəm. Mən bu məsələyə tamamilə açığam. Prosesin başlanması üçün onlarla görüşürük”.
İran Xarici İşlər Nazirliyindəki mənbə isə noyabrın 16-da bəyan edib ki, Vaşinqton mövqeyini dəyişəcəyi təqdirdə Tehran ABŞ-la danışıqlara hazırdır. Mənbənin sözlərinə görə, İran bütün tərəflər üçün qəbul edilə biləcək kompromis həll variantında maraqlıdır.
Bundan bir gün əvvəl- noyabrın 15-də Tramp bəyan etmişdi ki, İran nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlməyə sadiqdir və Tehran rəhbərliyinin “saziş imzalamaq istədiyini” qeyd etmişdi.
//Gülnarə Abasova, Editor.az

