ABŞ prezidenti Donald Tramp “McDonald’s” tədbirində çıxışı zamanı ABŞ ordusunun döyüş qabiliyyətinin yenidən qurulacağını və dünyanın ən güclü ordusu kimi qiymətləndiriləcəyini bildirib.
Editor.az xəbər verir ki, Amerika lideri bu fikirləri xarici mediaya açıqlamasında səsləndirib. Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar təkcə dünyanın ən güclü ordusuna malik deyil, həm də ən müasir və keyfiyyətli hərbi texnika istehsal edən ölkədir. Onun bu bəyanatı administrasiyanın hərbi sahədə əldə edilən nailiyyətlərini vurğulayan çıxışlarının davamı kimi qiymətləndirilir.
“Biz ordumuzu yenidən qurmuşuq. Dünyanın ən güclü ordusuna sahibik və ən yaxşı hərbi texnikanı istehsal edirik”, – Tramp qeyd edib.
Noyabrın 7-də Pentaqonun rəhbəri Pit Hegset isə bildirib ki, lazım olduğu təqdirdə ABŞ mövcud resurslarla müharibəyə girə və qələbə qazana bilər.
//Gülnarə Abasova, Editor.az

