Tramp: ABŞ və Kanada “Qızıl Qübbə” layihəsində sıx əməkdaşlıq edirlərbackend

Tramp: ABŞ və Kanada “Qızıl Qübbə” layihəsində sıx əməkdaşlıq edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp ABŞ və Kanadanın Qızıl Qübbə layihəsi üzərində sıx əməkdaşlıq etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karnini Ağ Evdə qəbul edərkən, tərəflər Oval Ofisdə mətbuatın suallarını cavablandırıb.

“Qızıl Qübbə bizim çox yaxından əməkdaşlıq etdiyimiz bir şeydir. Bu, bir qoruma mexanizmidir. Onun necə işlədiyini görürsünüz. Bu inanılmazdır. Biz hər iki ölkə üçün Qızıl Qübbə üzərində birlikdə işləyəcəyik və düşünürəm ki, bu layihə çox vacib olacaq. Biz bu mühafizəyə sahib olmaq istəyirik. Bu, həqiqətən də inanılmaz texnologiyadır”,- deyə bildirilib.

May ayında ictimaiyyətə açıqladığı layihə ilə bağlı Tramp, sistemin üç il ərzində, səlahiyyət müddəti bitməmişdən əvvəl tətbiq ediləcəyini və tikintinin ümumi dəyərinin təxminən 175 milyard dollar olacağını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az