Tramp administrasiyası Ukrayna prezident aparatının rəhbəri Andriy Yermakdan “bezib” – “Politico” nəşribackend

Tramp administrasiyası Ukrayna prezident aparatının rəhbəri Andriy Yermakdan “bezib” – “Politico” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Trampın administrasiyası Ukrayna prezident aparatının rəhbəri Andriy Yermakdan “bezib”.

Bu barədə “Politico” konqres köməkçiləri, ABŞ və Ukraynanın keçmiş rəsmiləri də daxil olmaqla 14 mənbəyə istinadən məlumat yayıb. Mənbələrə görə, Andriy Yermak Donald Tramp administrasiyası üçün “xoşagəlməz həmsöhbət” olduğunu sübut edib. O, “Amerika rəsmilərinə qarşı sərt və həddindən artıq tələbkardır”.

Yermakın Tramp administrasiyası ilə qarşılıqlı əlaqələri ilə tanış olan şəxslərdən biri onu “iki partiyalı qıcıqlandırıcı” kimi təsvir edib. Mənbələrin sözlərinə görə, bir çoxları Yermakın davranışının Ukrayna ilə ABŞ administrasiyası arasında onsuz da gərgin olan münasibətləri getdikcə daha çox təhdid etməsindən ehtiyat edir. “Politico” qeyd edib ki, Andriy Yermak 2022-ci ildə xüsusi hərbi əməliyyat başlayandan mütəmadi olaraq Vaşinqtona səfər edir və vasitəçi kimi çıxış edib.

//Samir Qurbanov, Editor.az