ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə ticarət danışıqlarında irəliləyiş olduğunu bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Onun sözlərinə görə, Vaşinqton Avropa İttifaqı ilə danışıqlar aparır və irəliləyiş əldə edir.
Tramp razılaşmaların əldə edildiyini iddia edir və Vaşinqtonun Avropa Birliyi ölkələrindən idxal edilən mallara tariflər tətbiq etməsi ilə bağlı Avropa Komissiyasının sədri Ursula von der Leyenə göndərilən bildirişi “AB ilə razılaşma” kimi xarakterizə edir.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampın bütün Avropa mallarına 30 faizlik rüsum tətbiq etmə qərarına cavab verərək, Avropa İttifaqının zərurət yaranarsa, ABŞ mallarına ticarət tarifləri tətbiq etməyə hazır olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

