Tramp: “Aİ ölkələri ABŞ üçün düşməndən daha pisdir”backend

Tramp: “Aİ ölkələri ABŞ üçün düşməndən daha pisdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı ABŞ-ı soyur və onun düşmənlərindən də pisdir”.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp müsahibəsində deyib.

ABŞ prezidenti Tramp deyib ki, bəzi Aİ ölkələri ABŞ-ın yumşaq və zəif olduğu 45 il ərzində ABŞ-ı “soyublar”. O əlavə edib ki, Çin də analoji addım atıb. Tramp ölkənin milli borcunun 36 trilyon dolları keçməsinin səbəbini məhz bunu görür.

“Çox vaxt dostlar, qondarma dostlar düşməndən də pis olurlar. Avropa İttifaqına baxın, o ölkəyə nə etdilər, necə təmizlədilər”, – Tramp bildirib.

ABŞ prezidenti həmçinin bildirib ki, aprelin 2-dən qüvvəyə minməsi planlaşdırılan Kanada və Meksika mallarına tətbiq edilən vergilər siyahısında çoxlu istisnalar gözləmək lazım deyil.

//Gülnarə Abasova, Editor.az