ABŞ-ın keçmiş prezidenti Donald Tramp Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçinin yeni koronavirus pandemiyası ilə mübarizəyə dair səhv tövsiyələr verdiyini deyib.
TASS-ın məlumatına görə, bu açıqlamanı o, ABŞ-ın baş infeksion mütəxəssisinin keçən ilki yazışmalarının ictimaiyyətə açıqlanmasından sonra verib.
“Bu elektron məktublara baxdıqdan sonra deyə bilərəm ki, mən doktor Fauçinin istədiyini etmədiyim üçün ölkəmiz şanslıdır”, – deyə Tramp bildirib.
Keçmiş dövlət başçısının sözlərinə görə, Fauçi yeni koronavirusa qarşı peyvəndlərin hazırlanmasını da vacib hesab etməyib.
“Bundan əlavə, dr.Fauçi maska taxmağın tamamilə əleyhinə idi, baxmayaraq ki, o zaman belə, bunun ən azından faydalı olacağını düşünürdüm. Daha sonra o, mövqeyini tamamilə dəyişdirdi və maska taxmağın radikal tərəfdarı oldu”, – deyə Tramp əlavə edib.

