ABŞ prezidenti Donald Tramp Avropanın Ukraynanın tərəfdaş ölkələrinin liderləri ilə telefon danışığı zamanı kəskin fikir mübadiləsi aparıb.
Editor.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Məlumata görə, Avropa tərəfdaşları Trampın Rusiya ilə bağlı sərt bəyanatlar səsləndirməsinə baxmayaraq, yeni sanksiyaların tətbiqindən yayınmasından narazılıq ifadə ediblər.
Öz növbəsində Tramp Avropanı Rusiyadan neft almaqda günahlandırıb və bununla da Moskvanın Ukraynaya qarşı hərbi təcavüzünü dolayı yolla maliyyələşdirdiyini bildirib.
Bild qeyd edir ki, tərəflər arasında baş tutan söhbət kifayət qədər gərgin keçib və mövqelərdə ciddi fərqləri üzə çıxarıb.
//Samir Qurbanov, Editor.az

