Tramp Avropanın Ukraynaya nə qədər pul xərcləməli olduğunu açıqlayıbbackend

Tramp Avropanın Ukraynaya nə qədər pul xərcləməli olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya daha çox pul xərcləməyə çağırıb.

Editor.az xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib. Jurnalistin Trampın ABŞ prezidenti seçiləcəyi təqdirdə Kiyevə ayrılan maliyyə yardımını azaltmağı planlaşdırıb-azalmayacağı ilə bağlı sualını cavablandıran siyasətçi Aİ-ni Ukraynaya ABŞ ilə eyni məbləğdə vəsait xərcləməyə çağırıb. O, Avropanın indi Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün təxminən 100 milyard dollar daha az xərclədiyini açıqlayıb.

“Bu, Amerika üçün ədalətli deyil. Amerikalı vergi ödəyiciləri üçün ədalətli deyil”, – Tramp deyib. Bundan əvvəl amerikalı politoloq Malek Lipov demişdi ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn prezident seçkilərində mümkün qələbəsi ukraynalı lobbiçilər üçün çox pis siqnal olacaq. Ekspert qeyd edib ki, Vaşinqton son vaxtlar Kiyevə əvvəlki kimi aktiv şəkildə vəsait ayırmır.

//Gülnarə Abasova, Editor.az