ABŞ prezidenti Donald Trump sələfi Joe Bideni təqlid edərək onun səhnədə çaşqın halda ətrafına baxmasını əks etdirən parodiya çıxışı ilə diqqət çəkib.
Editor.az xəbər verir ki, çıxışın görüntüləri C-SPAN portalında yayımlanıb.
Tramp iddia edib ki, Bayden ictimai çıxışları zamanı bəzən səhnədən enməkdə və ya pilləkənləri tapmaqda çətinlik çəkib. ABŞ prezidenti bildirib: “Xalqın buna ehtiyacı yoxdur, onlara pillələri tapa bilən prezident lazımdır”.
O əlavə edib ki, Baydenin çıxışları olduqca qısa olub, bəzən cəmi dəqiqələr, hətta saniyələrlə ölçülüb. Daha sonra Tramp keçmiş prezidentin səhnədə irəli-geri çaşqın şəkildə hərəkət etməsini təqlid edib.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Levitt Baydenin prezidentliyi dövründə ABŞ-ın Ukraynaya ən yaxşı silahları təqdim etdiyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

