Tramp: “Baydenin problemlərinin yaşı ilə heç bir əlaqəsi yoxdur”backend

Tramp: “Baydenin problemlərinin yaşı ilə heç bir əlaqəsi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerikanın hazırkı lideri Co Baydenin problemləri onun yaşı ilə bağlı deyil.

Editor.az bunu Fox News-a istinadla xəbər verir.

“Baydenin bəzi çətinlikləri var, amma bu yaşla bağlı deyil, çünki mən ondan çox yaşlı və 100% daha ağıllı olan bir çox insan tanıyıram”,-deyə Tramp bildirib. Trampın fikrincə, Bayden kimi siyasətçinin başqa ölkələrlə danışıqlar aparmasına icazə vermək təhlükəlidir.

Bundan əvvəl Tramp koqnitiv qabiliyyət testindən keçib və sonra Ağ Evin hazırkı rəhbəri Co Baydeni də eyni şeyi etməyə çağırıb. Sabiq prezident iki dəfə imtahan verdiyini və iki dəfə də səhvsiz keçdiyini bildirib. Siyasətçi hesab edir ki, bütün prezidentlər və bu vəzifəyə namizədlər mütləq belə imtahanlardan keçməlidirlər.

//Gülnarə Abasova, Editor.az