Tramp Baydenlə Putin arasındakı fərqi izah edibbackend

Tramp Baydenlə Putin arasındakı fərqi izah edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyri-adi açıqlamaları və artan reytinqləri ilə 2024-cü il prezident seçkilərinə sürətlə başlayan ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə indiki ABŞ prezidenti Co Bayden arasındakı fərqi açıqlayıb.

Editor.az xəbər verir ki, Fox News-a verdiyi açıqlamada Putin və Çin prezidenti Si Cinpini tərifləyən Tramp, adını çəkdiyi iki böyük ölkə liderinin ABŞ-ın hazırkı prezidenti Baydendən fərqli olaraq ölkələrini sevdiyini vurğulayıb. O, Putin və Çin lideri Si və Bayden arasındakı fikir ayrılıqlarını dəyərləndirərkən deyib: “Onlar (Putin və Xi) öz ölkələrini sevirlər və ölkələrinin uğurlu olmasını istəyirlər. Bizdə bunu edə bilməyəcəyini düşündüyüm bir insan (Bayden) var. Putin və Si Jinping çox ağıllı və güclü insanlardır”,- deyə sözlərini yekunlaşdırıb.

Baydeni keçmişdəki digər ABŞ prezidentləri ilə müqayisə edən Tramp deyib: “Ölkəmizin tarixindəki ən pis 10 prezidenti və onların ABŞ-da yaratdığı dağıntıları düşünün. Hətta onların uğursuzluqları Baydenin etdiyindən çox uzaqdır. Əfqanıstandakı biabırçılığa, tarixin ən pis anına baxın, sərhədə baxın, biz dünyanın hər yerindən insanların ölkəmizə gəlməsinə icazə veririk. ABŞ-ın hazırkı məmurları ya axmaqdır, ya da Amerikaya nifrət edən insanlardır”.

//Gülnarə Abasova, Editor.az