Tramp: Bəzi ölkələr BRİKS-dən çıxmağa başlayıbbackend

Tramp: Bəzi ölkələr BRİKS-dən çıxmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bir sıra ölkələr BRİKS qrupundan çıxmağa başlayıb.

Editor.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Argentina Prezidenti Xavyer Mayli ilə görüşü zamanı danışıb. Məlumatı “Fox News” telekanalı yayıb.

ABŞ liderinin sözlərinə görə, Vaşinqtonun bütün ixrac məhsullarına əlavə rüsum tətbiq etmək niyyəti BRİKS ölkələri arasında narahatlıq yaradıb və bəzi dövlətlər qrupdan uzaqlaşmağa qərar verib.

“Hamı BRİKS-i tərk etdi, hamısı çıxır. BRİKS dollara qarşı yönəlmiş bir təşəbbüs idi. Mən dedim ki, əgər bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-a gələn bütün məhsullarınıza rüsum tətbiq edəcəyəm. Bundan sonra dedilər ki, biz BRİKS-dən ayrılırıq,” – Tramp bildirib.

Xatırladaq ki, sentyabr ayında Trampın baş ticarət müşaviri Peter Navarro da oxşar fikirlə çıxış edərək bildirmişdi ki, BRİKS ölkələrinin heç biri ABŞ-la ticarət olmadan iqtisadi sabitliyini qoruya bilməz.

//Gülnarə Abasova, Editor.az