Tramp: “Çin hərbi paradı bizə təhdid yaratmır”backend

Tramp: “Çin hərbi paradı bizə təhdid yaratmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Çində Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen Inın iştirak etdiyi hərbi parada təhdid kimi baxmadığını bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

“Xeyr. Çinin bizə ehtiyacı var. Mənim prezident Xi Jinping ilə əla münasibətim var. Lakin Çinin bizimlə münasibətə bizim onlarla münasibətimizdən daha çox ehtiyacı var”, – Ağ Ev rəsmisi bildirib.

Sinxua agentliyinin məlumatına görə, Çin ordusu paradda qabaqcıl modellər də daxil olmaqla müxtəlif döyüş təyyarələrini nümayiş etdirəcək.

//Gülnarə Abasova, Editor.az