ABŞ prezidenti Donald Tramp Çinə əlavə vergilərin tətbiqi gündəliyi ilə bağlı yeni açıqlama verib. Tramp bəyan edib ki, Çin 34 faizlik vergi artımını geri götürməsə, ölkəyə əlavə 50 faiz vergi tətbiq edəcək.
Editor.az xəbər verir ki, sosial şəbəkəsindəki paylaşımında Tramp ABŞ-a cavab verən hər bir ölkənin dərhal daha yüksək tariflərlə üzləşəcəyi xəbərdarlığını xatırladıb.
Çinin ABŞ-a qarşı açıqladığı tariflər üçün “uzunmüddətli sui-istifadədən kənar əlavə tariflər” anlayışından istifadə edən Donald Tramp, Çinin “rekord tariflər, qeyri-monetar tariflər, korporativ subsidiyalar və uzunmüddətli kütləvi valyuta manipulyasiyası” ilə yanaşı, artıq 34 faizlik cavab tarifləri elan etdiyini bildirib.
Buna cavab olaraq Tramp Çinə sabaha qədər vaxt verib və deyib: “Çin sabaha qədər 34 faizlik tarif artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 faizlik tarif tətbiq edəcək”.
ABŞ prezidenti həmçinin Çinlə tələb etdikləri danışıqlarla bağlı bütün danışıqları bitirəcəklərini açıqlayıb.
//Gülnarə Abasova, Editor.az