Tramp Çinə qarşı 500%-lik rüsum tətbiq edə bilər: səbəb Rusiyadırbackend

Tramp Çinə qarşı 500%-lik rüsum tətbiq edə bilər: səbəb Rusiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp, Çin Rusiyadan neft alışı davam etdirəcəyi təqdirdə bu ölkəyə qarşı 500 faizədək gömrük rüsumu tətbiq etməyə hazırdır.

Bu barədə ABŞ maliyyə naziri Skott Bessent mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, Tramp Avropa müttəfiqlərinə “Çinin Rusiyadan aldığı neftə qarşı rüsum — yaxud ‘Ukraynanın qələbə rüsumu’ — tətbiqini dəstəklədiyini” çatdırıb. Bessent bildirib ki, ABŞ bu təşəbbüsə Avropa tərəfdaşlarının da qoşulmasını gözləyir.

//Samir Qurbanov, Editor.az