ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, Çin nüvə silahı ehtiyatlarına görə Amerikanı keçə bilər.
Editor.az xəbər verir ki, o, bunu X sosial şəbəkəsində yayımlanan milyarder İlon Maskla söhbətində bildirib. O qeyd edib ki, Rusiya və ABŞ hazırda birinci yerdədir, Çin isə “çox geridə”, lakin “çox sürətlə” inkişaf edir. “Hər şey Çin bizə çatanda, bəlkə də bizi ötüb keçdikdə bitəcək”, – Tramp deyib. Siyasətçinin fikrincə, mümkün üçüncü dünya müharibəsi, şübhəsiz ki, nüvə silahının istifadəsini nəzərdə tutacaq və bu, dünyanın əvvəllər heç vaxt görmədiyi “məhv” olacaq.
Siyasətçi ilə müsahibədən əvvəl İlon Mask X sosial şəbəkəsində kütləvi DDOS hücumunun həyata keçirildiyini bildirib.
//Gülnarə Abasova, Editor.az