ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton hazırda Çinlə ticarət müharibəsi aparır.
Editor.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. RİA Novosti agentliyinin məlumatına görə, ABŞ lideri Vaşinqtonla Pekin arasında gərgin ticarət münasibətlərinin müharibəyə çevrilə biləcəyi ilə bağlı suala cavabında “Hazırda müharibə aparırıq” ifadəsini işlədib.
Qeyd olunur ki, oktyabrın 14-dən etibarən ABŞ-ın idxal edilən taxta-şalban, mebel və mətbəx şkaflarına tətbiq etdiyi yeni tariflərin mənzil tikintisi xərclərini artıracağı gözlənilir. Bundan əlavə, Çin və ABŞ arasında liman ziyarəti haqları ilə bağlı qarşılıqlı məhdudiyyətlərin ilk mərhələsinə start verilib.
Tramp daha əvvəl açıqlamışdı ki, noyabrın 1-dən etibarən Çindən idxal olunan bütün mallara mövcud tariflərə əlavə olaraq 100 faiz rüsum tətbiq olunacaq. O, həmçinin “kritik proqram təminatı” üzrə ixrac nəzarətinin gücləndirildiyini də bəyan edib.
// Gülnarə Abasova, Editor.az

