Dünya Amerika milli valyutasının hələ də təhlükəsiz aktiv olduğuna şübhə etməyə başlayır.
Bloomberg-in köşə yazarı Şuli Ren bildirib ki, ABŞ-ın hazırkı administrasiyası eyni yolla getsə, dollar inkişaf etməmiş ölkələrin valyutalarına bənzəyəcək.
Məqalə müəllifinin fikrincə, ABŞ dollarının statusunun aşağı düşməsinə səbəb ABŞ prezidenti Donald Trampın əksər ölkələrə yüksək gömrük rüsumları tətbiq etməsidir. Ren bildirib ki, Ağ Ev prezidenti bu cür hərəkətləri ilə ABŞ-ı qapalı iqtisadiyyata çevirir və dollara olan inamı zədələyir. Müşahidəçinin sözlərinə görə, artıq dollar ətrafında müzakirələr başlayıb.
“ABŞ iqtisadi adaya çevrilirsə, biz niyə dollar almalıyıq?” – Şuli Ren yazıb.
Qeyd edək ki, Tramp aprelin 2-də bütün idxal mallarına 10%-lik baza tariflərinin tətbiq ediləcəyini açıqlayıb.Bəzi ölkələr daha da ağır gömrük rüsumları tətbiq ediblər. Ümumilikdə siyahıya 185 ölkə daxil edilib. Bunlara Böyük Britaniya, Çin, Yaponiya, Aİ və hətta Qazaxıstan, Moldova və Ukrayna kimi bəzi keçmiş Sovet ölkələri daxildir. Lakin Rusiya və Belarus bu siyahıda yoxdur, çünki onlar artıq yüksək tariflərlə və ABŞ-ın sanksiyaları ilə üzləşirlər.
Bir çox ekspert Trampa xəbərdarlıq edib ki, daha yüksək tariflər amerikalılar üçün malları bahalaşdıra və qlobal tədarük zəncirlərini poza bilər. Amma hətta Ağ Ev prezidentinin özü də bu tədbirləri ölkənin milli maraqlarının müdafiəsi kimi qiymətləndirir.
//Gülnarə Abasova, Editor.az