“Tramp əlində olan zamandan maksimum İsrail naminə istifadə etməyə çalışacaq”- ŞƏRHbackend

“Tramp əlində olan zamandan maksimum İsrail naminə istifadə etməyə çalışacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donald Tramp seçkiqabağı kampaniyası zamanı müharibələrin qarşısını alacağına söz verib və hələ kürsüyə oturmamışdan bu istiqamətdə təşəbbüslər göstərir. Amma Trampın verdiyi bu vədlərin yerinə yetirilməsi heç də asan məsələ deyil. Əgər bu qədər asan olsaydı, çoxdan məsələ həll olunmuşdu və hazırda günahsız insanların qanı axıdılmırdı”.

Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Cozef Baydendən fərqli olaraq Donald Tramp üçün əsas məsələ Yaxın Şərq və orada baş verən proseslərdir:

“Amma bu o anlama gəlmir ki, Rusiya-Ukrayna müharibəsi davam edə-edə Tramp İsrail-Ərəb-İran- Fələstin Hizbullah düyünün həll etməyə çalışacaq. Yeni prezidentlik dönəminin ilk işi kimi Rusiya-Ukrayna müharibəsinin qarşısını almağa çalışacaq. Amma müəyyən müddət onunla məşğul olduqdan sonra təşəbbüslərinin əbəs olduğunu görüb əl çəkəcək və Suriya üçün dediklərini Ukrayna üçün deyəcək: Bu bizim işimiz deyil. Qoy onlar özləri həll etsinlər. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin həll olunması problemi elə Rusiyanın öz üzərinə düşəcək. Bu münaqişə Rusiya tərəfindən, Rusiyanın istədiyi və Rusiyanın bacardığı kimi həll olunacaq.

Tramp isə İsraili möhkəmləndirmək, İranla məsələni bitirmək missiyasına geri dönəcək. İsrailin daha da gücləndirilməsi, regional dövlətə çevrilməsi üçün Trampın 4 illik zamanı heç də kifayət deyil və o, əlində olan zamandan İsrail naminə maksimum istifadə etməyə çalışacaq”.

//Gülnarə Abasova, Editor.az